Ukrayna Prezident Ofisinin müşaviri beynəlxalq təşkilatları tənqid edib

Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak dünya liderlərini və beynəlxalq təşkilatları tənqid edib.

Turanın səsi  xəbər verir ki, o, bu barədə tviterdə yazıb.

“Tammiqyaslı müharibə dünya liderlərinin cəsarətli qərarlar qəbul etməsi üçün kifayət deyilmi? Mariupol hadisələri neçə dəfə təkrarlanmalıdır ki, Ukraynaya uzaqmənzilli raketlər və təyyarələr verilsin? Beynəlxalq təşkilatların Rusiya ilə əməkdaşlığı dayandırması üçün Buça faciəsi daha neçə dəfə təkrarlanmalıdır?”, – deyə M.Podolyak bildirib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir