ANAMA: “Azad edilmiş ərazilərdə bu il 3 878 mina aşkarlanıb, 7 944 ha ərazi təmizlənib”

0

Bu ilin ilk rübü ərzində Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) apardığı minatəmizləmə fəaliyyəti nəticəsində işğaldan azad olunan ərazilərdə 3 878 ədəd mina və partlamamış hərbi sursat aşkarlanıb, 7 944 ha sahə təmizlənib.

Turanın səsi ” in xəbərinə görə, bunu agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov ANAMA-da 2023-cü ilin birinci rübünün yekunlarına həsr olunan geniş tərkibdə keçirilən iclada deyib.

O bildirib ki, işğaldan azad edilmiş ərazilərin bərpa və yenidən qurulması, keçmiş məcburi köçkünlərin öz yurdlarında təhlükəsiz və dayanıqlı məskunlaşması məqsədilə həyata keçirilən minatəmizləmə fəaliyyəti Azərbaycan dövlətinin xüsusi prioritetlərindən biri kimi müəyyən edilib.

İşğaldan azad edilən ərazilərdə “Böyük Qayıdış” proqramı çərçivəsində aparılan minatəmizləmə əməliyyatlarının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Tədbirdə hesabat dövründə minatəmizləmə sahəsində görülən işlər və müxtəlif prioritet istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlar, əməliyyatların icra vəziyyəti, Beynəlxalq Minatəmizləmə Standartlarının riayət olunmasına nəzarət üçün keçirilən monitorinqlər və yekun keyfiyyət yoxlamalarının nəticələri, habelə Agentliyin potensialının yüksəldilməsi məqsədilə görülmüş işlər və planlar barədə məruzələr dinlənilib, müzakirələr aparılıb.

İclasın sonunda minatəmizləmə fəaliyyətində səmərəliliyin artırılması, qarşıda duran öhdəliklər, çağırışlar və onların həlli yolları istiqamətində müvafiq tapşırıqlar verilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir