Kanada Baş nazirinin tətil üçün Yamaykaya getməsi kəskin tənqid edilib
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230419_090240.jpg)
Kanada müxalifəti Baş nazir Castin Trüdonun Yamaykada Milad bayramı keçirməsinin vergi ödəyicilərinə 160 min Kanada dollarına (120 min dollar) başa gəlməsini ölkə vətəndaşlarına qarşı hörmətsizlik hesab edir.
“turanın səsi ” xəbər verir ki, bunu Kvebek blokunun lideri İv-Fransua Blanşar bəyan edib.
“Bu, vergi ödəyicilərinə qarşı hörmətsizlikdir. Hər gün böyük problemlərlə üzləşən insanlara hörmətsizlik”-deyə, o bildirib. O əlavə edib ki, qalmaq üçün belə bahalı yer seçməklə Trüdo tələsik qərar verib.
“Fakt budur ki, baş nazirin həyat tərzi belədir, belə yaşayır, yəni insanların problemlərini başa düşmür” – deyə, Kanadanın Yeni Demokrat Partiyasının lideri Caqmet Sinqh vurğulayıb.
Kanada Parlamentinin iclasında iştirak edən Trüdo isə müxalifətin bu məsələ ilə ünvanlanan sualları cavabsız qoyub.