Rusiya Ukraynanın Xerson vilayətini atəşə tutub, 1 sakin ölüb, 7-si yaralanıb
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230418_211831.jpg)
Xerson vilayətinin Ukraynanın nəzarəti altında olan hissəsinə Rusiya silahlılarının artilleriyadan atəş açması nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.
“Turanın səsi ” UNIAN-a istinadən xəbər verir ki, bunu Xerson vilayəti hərbi administrasiyasının başçısının birinci müavini Yuri Sobolevski bildirib.
Məlumata görə, Rusiya hərbçiləri vilayətin Mərkəzi bazar rayonunu artilleriya atəşinə tutublar.