Bu gün Milli Məclisin vitse-spikeri Adil Əliyevin doğum günüdür.
Adil Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olmuşdur. 1987-ci ildə Bakı idman təmayüllü internat məktəbini bitirib. 1992-ci ildən İdman Ustasıdır.
1992-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M.V.Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını bitirib. 1998-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.
2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir.
2004-cü ildə Bakı Dövlət Universitetinin magistraturasını bitirib. 2010-cu ildə BDU-nun aspiranturasını bitirib.
2009-cu ildə Kikboksinq üzrə veteranlar arası dünya çempionu olub.
2012-ci ildə çap olunmuş “Erməni soyqırımı: mif və gerçəklik” adlı kitabın ingiliscədən Azərbaycan və rus dilinə tərcüməsinin ideya müəllifi olmuşdur.
2012-ci ildə “Kütləvi iğtişaş əməlləri ilə mübarizənin cinayət-hüquqi və kriminoloji problemləri” adlı monoqrafiyası işıq üzü görmüşdür. Monoqrafiya kütləvi iğtişaş əməlləri və kriminoloji problemlərin tədqiqinə həsr edilmişdir. 9 aprel 2013-cü ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
1992-1993-cü illərdə Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrində zabit kimi xidmət edib.
1994-2003-cü illərdə Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə — Bakı şəhəri Səbail rayon 39-cu polis bölməsində rəis müavini, Nəqliyyatda Baş Polis İdarəsinin Bərə keçid bölməsinin rəisi, Binəqədi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi, Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi işləyib.
2003-cü ildə polis polkovnik-leytenantı rütbəsinə layiq görülüb. 2003-2005-ci illərdə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı bölməsinin
20 saylı Nərimanov II seçki dairəsindən2005-ci ildə III çağırış, 2010-cu ildə IV çağırış və 2015-ci ildə V çağırışAzərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib.
2005-2010-cu illərdə Milli Məclisin Təhlükəsizlik və Müdafiə məsələləri daimi komissiyasının üzvü, Azərbaycan-Hollandiya parlamentlər arası əlaqələr üzrə İşçi qrupunun rəhbəri, Azərbaycan-Rusiya, Azərbaycan-Ukrayna, Azərbaycan-Almaniya və Azərbaycan-Türkiyə parlamentlər arası əlaqələr üzrə İşçi qrupunun üzvü olub.
2009-cu ildə MDB Müdafiə və Təhlükəsizlik Komitəsinin Sədr müavini işləyib.
10 mart 2020-ci ildə Adil Əliyev Azərbaycan Respublikası Milli Məclisi Sədr müavini seçilmişdir.[2]
10 mart 2020-ci ildə Adil Əliyev Azərbaycan Respublikası Milli Məclisi Gənclər və idman komitəsinin sədri seçilmişdir.[3]
Polis əlaçısı” fəxri adı (2000)
“İgidliyə görə” medalı (2005)[4]
20 iyun 2020-ci ildə “ehtiyatda olan polkovnik” rütbəsiylə təltif edilmişdir.
Polis əlaçısı” fəxri adı (2000)
“İgidliyə görə” medalı (2005)[4]
20 iyun 2020-ci ildə “ehtiyatda olan polkovnik” rütbəsiylə təltif edilmişdir.
❗Adil Əliyev haqqında çox söz yazmaq olar , qısa olaraq qeyd edimki o , dövlətçiliyk prinsiplərini və ümummilli maraqları hər şeydən üstün tutur .
Onun gördüyü bütün işlər göz qabağındadır .
Gənclərə verdiyi dəstək , şəhid və qazi ailələrinə daim diqqət və qayğısı ilə örnək bir vətəndaşdır.
Dəyərli VƏTƏN OGLU ,ADİL ƏLİYEV mən sizi doğum günü münasibətilə ürəkdən təbrik edirəm.
Sizə möhkəm can sağlığı , uzun və sağlıqlı huzur dolu , seadət dolu , sevgi dolu illər arzu edirəm .
Allah sizi daim pənahında saxlasın 🙏🏼
❗Qeyd edimki sizinlə eyni gündə doğulduğum üçün qürur duyuram .
Hörmətlə : “TURANIN SƏSİ ” informasiya portalının təsisçisi və baş redaktoru :
Arzu Paşaqızı .