Ukraynanın müdafiə naziri Türkiyədən üzr istəyib

0

Ukraynanın müdafiə naziri Oliksiy Reznikov ölkəsindəki müharibədə həlak olanların sayı ilə Türkiyədə dağıdıcı zəlzələdə ölənlərin sayını müqayisə etdiyi fikirlərinə görə rəsmi Ankaradan üzr istəyib.

Turanın səsi ” in xəbərinə görə, nazir tviterdə yazıb ki, ukraynalılar türk xalqına rəğbət bəsləyirlər.

“Biz minlərlə günahsız insanı dəfn etməyin nə olduğunu başa düşürük”, – o bildirib.

O.Reznikov həmçinin müharibənin ilk günündən Ukraynaya verdiyi dəstəyə görə Türkiyəyə təşəkkür edib.

“Ukraynada və Türkiyədə olan hər kəsdən səmimi qəlbdən üzr istəyirəm”, – nazir vurğulayıb.

Qeyd edək ki, O.Reznikov İspaniyanın “La Razon” nəşrinə müsahibəsində deyib ki, müharibədə həlak olan ukraynalı hərbçilərin sayı Türkiyədəki zəlzələdə ölənlərin sayından azdır.

Xatırladaq ki, bu il fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində 50 mindən çox insan həlak olub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir