Bayden Konqresi “Silah qanunları” ilə bağlı tədbir görməyə çağırıb


ABŞ Prezidenti Cozef Bayden dünən gecə Alabama və Kentukki ştatlarında baş verən atışmalardan sonra Konqresi “Silah qanunları” ilə bağlı tədbir görməyə çağırıb.

Turanın səsi ” xəbər verir ki, ABŞ Prezidenti çıxışı zamanı deyib: “Silahlar Amerikada uşaqların əsas qatilidir və onların sayı azalmır, əksinə artır. Bu, hədsiz və qəbuledilməzdir. Amerikalılar qanunvericilərin silahlanma ilə bağlı sağlam düşüncə ilə hərəkət etmələrini istəyirlər”.

Silahlarla bağlı həyatları xilas edəcək federal qanunlar üzərində vicdanla işləməyə hazır olduğunu qeyd edən Bayden, Konqresi hərtərəfli cinayət qeydlərinin yoxlanılması, hücum silahlarının qadağan edilməsi və yüksək təhlükəsizlik tədbirləri kimi məsələlərdə tədbir görməyə çağırıb.

Xatırladaq ki, dünən axşam saatlarında Alabama ştatının Deydvill şəhərində ad günü şənliyinin keçirildiyi yerdə baş verən hücumda 4 nəfərin həyatını itirdiyi, ən azı 20 nəfərin yaralandığı bildirilib. Kentukki ştatının Luisvil şəhərində isə ötən gecə parkda atəş açılması nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir