Sudanda BMT-nin Ümumdünya Ərzaq Proqramının üç əməkdaşı öldürülüb
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230416_175007.jpg)
BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) üç əməkdaşı Sudanda xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmalar zamanı həlak olub.
“Turanın səsi ” xəbər verir ki, bu barədə BMT baş katibinin Sudan üzrə xüsusi nümayəndəsi və BMT-nin Sudandakı Keçid Dəstəyi Missiyasının rəhbəri Volker Pertez açıqlamasında bildirib.
Onun sözlərinə görə, aprelin 15-də Şimali Darfur ştatının Kabkabiya şəhərində Ümumdünya Ərzaq Proqramının üç işçisi vəzifə borcunu yerinə yetirərkən öldürülüb.