Cənubi Koreya tək yaşayan vətəndaşlara ayda 500 dollar verəcək
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/6400c7db241ef6400c7db241f016777727636400c7db241ed6400c7db241ee-1024x683.jpg)
Cənubi Koreyanın Gender Bərabərliyi və Ailə Nazirliyi cəmiyyətdən təcrid olunmuş vətəndaşlara ayda 650 min Koreya vonu (təxminən 500 ABŞ dolları) verəcək.
Bu barədə “turanın səsi ” CNN-ə istinadən xəbər verir.
Cənubi Koreya cəmiyyətdən təcrid olunmuş vətəndaşların psixoloji və emosional sabitliyini dəstəkləmək üçün onlara aylıq müavinət ödəyəcək.
Qeyd olunub ki, 19-39 yaş arası koreyalıların təxminən 3,1%-i və ya 338 min nəfəri özlərini xarici aləmdən təcrid etmiş, qapalı məkanda və həyatda çətinliklər yaşayan subay gənclərdir.
Belə ki, gəliri ölkə üzrə orta səviyyədən (təxminən 4 165 ABŞ dolları) aşağı olan 9-24 yaş arası subay gənclərə aylıq yardım göstəriləcək.