Qrup hərəkətləri üzrə Azərbaycan yığmasına “AGF Trophy” mükafatı verilib
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230416_173443-1024x643.jpg)
Bakıda bədii gimnastika üzrə keçirilən “AGF Trophy” beynəlxalq turnirində Azərbaycan Gimnastika Federasiyası tərəfindən xüsusi təsis edilmiş mükafatın böyüklər arasında qrup hərəkətləri proqramında təqdimetmə mərasimi keçirilib.
“Turanın səsi ” xəbər verir ki , Federasiyadan verilən məlumata görə, qrup hərəkətləri üzrə Azərbaycan yığmasının üzvləri – Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina ən yüksək icra xalına görə (3 lent və 2 top proqramı üzrə) “AGF Trophy” kubokuna layiq görülüblər.
14:22
Bakıda bədii gimnastika üzrə keçirilən “AGF Trophy” beynəlxalq turnirində Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən xüsusi təsis edilmiş mükafatın təqdimetmə mərasimi keçirilib.
“Turanın səsi ” xəbər verir ki , Federasiyadan verilən məlumata görə, “AGF Trophy” kubokuna fərdi proqramda (topla hərəkətlər) Kipr təmsilçisi Vera Tuqolukova layiq görülüb.
Qrup hərəkətləri proqramında isə (5 top) bu mükafatı İsrail komandası əldə edib.
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230416_173502-1024x693.jpg)