Sudan ordusu xüsusi təyinatlıların bazalarını nəzarətə götürüb, ölənlərin sayı artıb

Sudan ordusu ölkənin yeddi yaşayış məntəqəsində, o cümlədən ştatların beş inzibati mərkəzində çevik reaksiya qüvvələrinin (xüsusi təyinatlıların) baza və qərargahlarına nəzarəti ələ keçirib.

Turanın səsi ”  xəbər verir ki, bu barədə Sudan Silahlı Qüvvələrinin Baş Komandanlığı məlumat yayıb.

Qeyd olunub ki, xüsusi təyinatlıların döyüşçüləri bütün texnika və silahlarını ataraq qaçıblar.

Təkcə Sudanın ikinci böyük şəhəri Omdurmanda ordu ilə xüsusi təyinatlılar arasında baş verən toqquşmalarda 24-ü mülki şəxs olmaqla 29 nəfər olub. Xartum şəhərində isə 25 nəfər həlak olub, 302 insan yaralanıb.

Bundan əvvəl Sudanda xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmalarda ölənlərin sayının 56 nəfər olduğu açıqlanmışdı.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir