Dubayda baş verən yanğında azı 16 nəfər ölüb


Dubayda yaşayış binasında baş verən yanğında azı 16 nəfər ölüb, 9 nəfər yaralanıb.

Turanın səsi ” xəbər verir ki, bu barədə “Khaleej Times” qəzeti əmirliyin mülki müdafiə xidmətinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, şənbə günü saat 12:35-də (Bakı vaxtı ilə 12:35) xilasedicilərə Er-Raas ərazisində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

İlkin məlumata görə, hadisəyə səbəb yanğın təhlükəsizliyi tələblərinə əməl edilməməsi olub. Hadisənin baş vermə şəraiti ilə bağlı araşdırmalara başlanılıb.

Hadisə şahidinin sözlərinə görə, bir neçə nəfər insanlara kömək etmək üçün binaya girməyə çalışıb, lakin tüstüdən buna nail ola bilməyiblər və xilasediciləri gözləmək məcburiyyətində qalıblar.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir