BMT TŞ Sudanda münaqişə tərəflərini atəşi dayandırmağa çağırıb

Sudanda münaqişə tərəfləri dərhal atəşi dayandırmalı və dialoqa qayıtmalıdır.

Turanın səsi ” xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının bəyanatında deyilir.

Təhlükəsizlik Şurasının üzvləri tərəfləri dərhal hərbi əməliyyatları dayandırmağa, əmin-amanlığı bərpa etməyə və Sudandakı mövcud böhranın həlli üçün dialoqa qayıtmağa çağırıb.

Bundan əlavə, BMT Təhlükəsizlik Şurasının üzvləri regiona humanitar yardımın çatdırılmasının vacibliyini vurğulayıblar, həmçinin Sudanın birliyinə, suverenliyinə və ərazi bütövlüyünə sadiq olduqlarını təsdiq ediblər.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir