Keniya kosmosa ilk peykini göndərib

Keniya Yerin səthini müşahidə etmək üçün istifadə olunacaq “SpaceX” raketinin göyərtəsində ilk peykini kosmosa buraxıb.

Turanın səsi ” “Reuters”ə istinadən xəbər verir ki, doqquz keniyalı mühəndis tərəfindən hazırlanmış peyk kənd təsərrüfatı və ətraf mühit, o cümlədən daşqınlar, quraqlıq və meşə yanğınları ilə bağlı məlumatları toplayacaq.

“Taifa-1” peykini daşıyan “Falcon 9” raketi pis hava şəraiti səbəbindən üç dəfə təxirə salındıqdan sonra ABŞ-ın Kaliforniya ştatındakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından insidentsiz havaya qalxıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir