DİN-in Mətbuat Xidmətindən verilən məlumatlar (15.04.2023)

0

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə ⤵️


Aprelin 14-də ölkə ərazisində qeydə alınan 71, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

X X X


Axtarışda olduğuna görə ümumilikdə 67, o cümlədən borclu şəxs qismində axtarışda olan 49 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

X X X


Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

X X X

Narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

X X X

Xırdalan şəhəri ərazisində yerləşən parkların birindən 3 ədəd skamyanın oğurlanması barədə polisə məlumat daxil olub.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Sənan Talıbov saxlanılıb. Araşdırma aparılır.

X X X


Oğurluq

Naxçıvan şəhəri ərazisində yerləşən, fəaliyyəti dayandırılmış inzibati binaların birindən 22 ədəd radiatorun oğurlanması barədə polisə məlumat daxil olub.
Naxçıvan ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən şəhər sakinləri Mövsüm Nağıyev, Ata Rzayev, İsa Bəndəliyev və Arzu Abdullayev müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.

X X X


Aprelin 14-də saat 15 radələrində Binəqədi rayonu ərazisində yerləşən postda yol nişanlanma xəttinin tələbini pozan “Mercedes” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Sürücü, Şabran rayon sakini Balaqadaş Rəhimovun narkotik vasitə qəbul etməsi müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci və 327.1-ci maddələri ilə protokol tərtib edilib. Bu zaman o, polisin qanuni tələbinə tabe olmadığı üçün Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə təhvil verilib. Araşdırma aparılır.

X X X


DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, bu gün saat 11:30 radələrində 1960-cı il təvəllüdlü Məhərrəm Quliyev idarə etdiyi “Mercedes” markalı yanacaq daşıyan yük avtomobili ilə Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi əvvəlcə yolun kənarındakı iki minik avtomobilinə dəyib, daha sonra isə körpüdən aşıb. Hadisə yerinə dərhal polis və FHN-in əməkdaşları cəlb olunub, zəruri təhlükəsizlik tədbirləri görülüb. Avtomobildə sıxılı vəziyyətdə qalan M.Quliyevin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir