Ermənistan dünya çempionatına ev sahibliyi hüququndan məhrum edilə bilər
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230416_011113.jpg)
İrəvanda keçirilən Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması ilə bağlı insident səbəbindən Ermənistan ağır atletika üzrə dünya çempionatına ev sahibliyi etmək hüququndan məhrum edilə bilər.
“Turanın səsi ” yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan deyib.
“Ən üzücü hal odur ki, biz az qala dünən, hətta hadisədən əvvəl 2024-cü il dünya çempionatına ev sahibliyi etmək hüququnu aldıq. Bu, bizim üçün müstəsna bir fürsət olardı”, – nazir müavini deyib.
Qeyd edək ki, dünən axşam İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı dizayner Aram Nikolyan Azərbaycan bayrağını bayraqdarın əlindən qopararaq yandırıb, sonra onunla birlikdə qaçıb.