Premyer Liqa: “Qəbələ” “Neftçi”ni səfərdə məğlub edib
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230415_002804.jpg)
Azərbaycan Premyer Liqasında XXX turun daha bir oyunu keçirilib.
“turanın səsi ” in məlumatına görə, günün ikinci matçında “Neftçi” ilə “Qəbələ” üz-üzə gəliblər.
“Bakcell Arena”da baş tutan qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
“Qırmızı-qaralar” artıq 13-cü dəqiqədə hesabı açıblar. Qapıçı İvan Brkiçin kobud səhvini Ramon Maçado bağışlamayıb. 24-cü dəqiqədə İsnik Alimi penaltini dəqiq yerinə yetirərək, fərqi iki topa çatdırıb.
61-ci dəqiqədə hakim bu dəfə bölgə təmsilçisinin qapısına penalti təyin edib. “Ağ-qaralar”ın kapitanı Emin Mahmudov zərbəni dəqiq yerinə yetirib. Ancaq paytaxt klubunun bundan artığına gücü çatmayıb.
Qələbə sayəsində xallarının sayını 42-yə çatdıran “Qəbələ” 4-cü pillədəki mövqeyini qoruyub. Üçüncü yerdə qərarlaşan “Neftçi”nin isə aktivində 60 xal var.
Qeyd edək ki, turun açılış matçında “Zirə” öz meydanında “Səbail”ə 3:1 hesabı ilə qalib gəlib. Aprelin 15-də “Kəpəz” – “Turan Tovuz”, 16-da isə “Şamaxı” – “Sumqayıt” və “Sabah” – “Qarabağ” görüşləri oynanılacaq.
18:47
Futbol üzrə Azərbaycan Premyer Liqasının XXX turunda üz-üzə gələcək “Neftçi” və “Qəbələ”nin heyətləri bəlli olub.
“Turanın səsi ” in məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.
“Neftçi”: 1. İvan Brkiç 8. Emin Mahmudov (k) 26. Ömər Buludov 21. İsmayıl Zülfüqarlı 27. Fərid Yusifli 6. Voyislav Stankoviç 10. Sezar Meza Kolli 4. Solomon Kverkveliya 5. Kenni Sayef 22. Kilan Lebon 9. Mateus Saldanya
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov 93. Rza Cəfərov 14. Eddi İsrafilov 3. Höccət Haqverdi 17. Rəhman Hacıyev 19. Azər Salahlı 2. Mert Çelik 20. Vüsal Əsgərov 37. Elton Əlibəyli 41. Samir Həsənov 77. Yeqor Boqomolski
Baş məşqçi: Laurentsiu Regekampf
“Qəbələ”: 1. Səlahət Ağayev 2. İlkin Qırtımov 27. Məqsəd İsayev 14. Ülvi İsgəndərov 7. Rövlan Muradov 91. Ramon Maçado 4. Ruan Renato (k) 5. İsnik Alimi 97. Felipe Santos 6. Feras Abu Akal 9. Əyyub Allaş
Ehtiyat oyunçular: 13. Kristof Atanqana 36. Elməddin Sultanov 11. Asif Məmmədov 34. Urfan Abbasov 28. Murad Musayev 33. Hüseyn Mürsəlov 77. Emil Səfərov 16. Nicat Əliyev 23. Rafael Utziq 17. Yaovi Akakpo 10. Omar Hani 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev
Qeyd edək ki, bu gün “Bakcell Arena”da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.