Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişinə dəyişikliyə dair protokol paraflanıb
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə Dəyişiklik Haqqında Protokol paraflanıb.
“Turanın səsi ” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Tviter” hesabında bildirib.
Onun sözlərinə görə, paraflanma Türkiyənin ticarət naziri Mehmet Muş ilə görüş çərçivəsində baş tutub.
“Qarşılıqlı ticarətdə güzəşt tətbiq olunacaq yeni məhsul siyahılarının razılaşdırılması ticarət tərəfdaşlığının daha da güclənməsinə töhfə verəcək”, – deyə azərbaycanlı nazir qeyd edib.