Səmərqənddə MDB Xarici İşlər Nazirləri Şurasının iclası başa çatıb

Səmərqənddə MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası başa çatıb.

Turanın səsi ” xəbər verir ki, iclasın yekunlarına görə MDB XİNŞ iştirakçıları gündəliyə daxil olan 11 sənədin hamısının müzakirəsiz imzalanması barədə qərar qəbul ediblər.

Məhdud tərkibdə keçirilən görüş zamanı beynəlxalq gündəliyin aktual məsələləri və MDB çərçivəsində qarşılıqlı fəaliyyət ilə bağlı fikir mübadiləsi aparılıb. Geniş tərkibdə keçirilən görüşün iştirakçıları sağlamlıq imkanları məhdud uşaqlar arasında MDB ölkələrinin Spartakiadasının təşkili ilə bağlı məsələni müzakirə ediblər.

Bundan əlavə, görüş zamanı tərəflər MDB ölkələri arasında mədəni-humanitar əməkdaşlıq sahəsində bir sıra qərarları təsdiqləyiblər.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir