MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası Bişkekdə keçiriləcək
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230414_203714.jpg)
Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbəti iclası oktyabrın 12-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində keçiriləcək.
“turanın səsi ” ” Özbəkistan mətbuatına istinadən xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev Şuranın Səmərqənddə keçirilən geniş tərkibli iclasında məlumat verib.
“Məhdud tərkibdə keçirilən görüşdə növbəti iclasın 2023-cü il oktyabrın 12-də Bişkekdə keçirilməsi qərara alınıb”, – Lebedev bildirib.
Xatırladaq ki, tədbirdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir.