MİT FETÖ-nün Azərbaycan strukturunun rəhbərlərindən birini həbs edib
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/FB_IMG_1681474070826.jpg)
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) ölkədən kənarda yeni əməliyyatı keçirib.
” turanın səsi ” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Əməliyyat nəticəsində Fətullahçı Terror Təşkilatının (FETÖ) “rəhbər şəxsi” Mehmet Cintosun ələ keçirilərək ölkəyə gətirilib.
O, 1995-2014-cü illərdə FETÖ-nün Azərbaycan strukturunda rəhbər şəxs kimi fəaliyyət göstərib.
Məlumata görə, o, qruplaşmanın maliyyə strukturunun idarəedicilərindən biri olub.