Nazir Türkiyənin ilk milli peykindən danışıb: “Ordumuzun kosmosdakı gözü olacaq”

“Türkiyənin ilk müşahidə peyki “İMECE” kifayət qədər önəmli və strateji əhəmiyyətli layihədir”.

Turanın səsi ” xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank “Habertürk”ün efirində deyib.

O bildirib ki, nazirlik və digər səlahiyyətli şəxslər sözügedən layihənin ən qısa vaxtda reallaşması üçün əlindən gələni edib: “Bizim peykin idarəedilməsi sahəsində təcrübəmiz onsuz da var idi. Amma istədik ki, daha da irəli gedək və yerli istehsallı müşahidə peyki yaradaq. Ona görə də “İMECE”ni yaratmağı qərara aldıq”.

Nazir bildirib ki, “İMECE” Türkiyənin kosmik sənaye sahəsində ciddi aktor olduğunu göstərəcək: “Müşahidə peykimizin istehsalında təkcə bizim yox, digər nazirliklərin, o cümlədən müdafiə sənayesi nazirliyinin də xidməti olub”.

M.Varankın sözlərinə görə, müşahidə peyki vasitəsilə müdafiə sənayesi başda olmaqla digər bütün sahələr üçün lazım olan kosmik görüntülər əldə oluna biləcək:

“Başqa sözlə desək, biz dünyanın istənilən yerini görə biləcəyik. Belə demək mümkünsə, “İMECE” ordumuzun kosmosdakı gözü olacaq. Eyni zamanda təbii fəlakətlərlə mübarizədə də müşahidə peyki işimizə çox yarayacaq. Beləliklə, Türkiyə daha da güclü olacaq. Biz kosmik sahəni diqqətdən kənarda saxlamayacağıq. İndi dünya ölkələri arasında kosmik sənaye sahəsində rəqabət gedir. Əlbəttə, biz güclü olmalıyıq. Daha da irəli getmək üçün səy göstərməliyik. Bu mənada “İMECE” texnologiya Türkiyə yüz ilinin başlanğıcı olub. Ona görə də layihələrimizin davamı hələ bundan sonra da gələcək”.

Qeyd edək ki, “İMECE” bu gün kosmosa buraxılacaq.

Xatırladaq ki, texniki səbəblərə görə “İMECE”nin kosmosa buraxılması 2 dəfə təxirə salınıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir