Leysan Floridanı cənginə alıb
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230414_034645.jpg)
ABŞ-ın Florida ştatının cənubunda davam edən leysan daşqınlara səbəb olub, artıq 500 mm-ə qədər yağış yağıb.
“turanın səsi ” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“Gündəlik yağıntının belə göstəricisi Florida ştatı üçün son dərəcə nadir haldır. Bu, ən yaxşı halda min ildə bir dəfə olur”, – meteoroloq Anna Torres-Vaskes telekanala vəziyyəti şərh edərkən deyib.
Fort Lauderdeyl şəhərində daşqın nəticəsində evləri su basıb, yollar nəqliyyatın hərəkəti üçün bağlanıb. Floridanın cənubundakı hava limanları uçuşları dayandırıb.