İran Prezidenti “hicaba görə öldürülən” qadının işinin araşdırılacağına söz verib

0

Mən ölən şəxsin (Məhsa Əmini nəzərdə tutulur – red.) ailəsi ilə əlaqə saxladım və onlara hadisəni araşdırmağa davam edəcəyimizə şəxsən söz verdim”.

TURANIN SƏSİ” “i24news.tv”yə istinadən xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, günahkar tərəf varsa, sözsüz hadisə araşdırılmalıdır: “Mən bununla bağlı yekun nəticə çıxarmaq istəmirəm”.

Qeyd edək ki, İranın Kürdüstan ostanından yaxınlarını ziyarət etmək üçün paytaxt Tehrana gələn Məhsa Əmini adlı gənc qadın (ikinci adı Jina) “hicaba düzgün əməl etmədiyinə görə” əxlaq polisi tərəfindən saxlanılıb, döyülərək vəhşicəsinə öldürülüb. Bu səbəbdən ölkədə etirazlar səngimir və hazırda onlarla ostan və şəhərdə nümayişlər keçirilir. Etiraz aksiyaları Güney Azərbaycan şəhərlərində də geniş vüsət alıb. Polislə vətəndaşlar arasında mütəmadi toqquşmalar baş verir. ABŞ Maliyyə Nazirliyi isə Məhsa Əmininin öldürülməsinə görə İranın əxlaq polisi, İslam Respublikasının Quru Qoşunları komandanı general Kiyumərs Heydəri və daha beş vəzifəli şəxsə sanksiya tətbiq edib.

Xatırladaq ki, ötən gün İranda güney azərbaycanlı fəal Məleykə Qaragözlü də 4 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. O, iyulun 13-də məcburi hicaba etiraz olaraq yaylığını başından açıb yerə atdığı videonu paylaşdıqdan sonra təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir