Zəngilan daha bir ziyalısını itirdi
Bu gün Zəngilan rayon xəstəxanasının baş həkimi Tariyel Salmanov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi .
ÇOX TƏƏSSÜF DEYİRƏM !
Deməzdimki Zəngilan , deyərdim Azərbaycan üçün ağır itkidir Tariyel həkimin vəfatı . Bəli peşəkar həkimin vəfatı onu sevənlərin ürəyinə sözün əsl mənasında dağ çəkdi .
Bəlkədə artıq Tariyel həkimin ölüm xəbərini duymayan , hələdə onun yazdığı reseptə əsasən müalicəsini davam etdirən onlarla xəstələri var .
Görəsən eşitdikləri an necə olacaq xəstələrinin vəziyyətləri ?
Dəhşətdir deyilmi bir ziyalı itirmək ?!
ÇOX TƏSÜF DEYİRƏM !
Nitqim quruyub təsirləndim , Zəngilanlı deyiləm düzdür , lakin doktorun acı xəbəri doğrudan ürəyimi sızlatdı .
Adətən başsağlığı verəndə deyirlərki , Allah ailəsinə və yaxınlarına səbr versin . Tariyel həkimdə bu cümlə biraz fərqli olacağını hamımız bilirik . ALLAH onu tanıyan , sevən , hörmət edən hər kəsə səbr versin .
BAŞIMIZ SAGOLSUN !
Zamanında özünə hörmət və sevgi qazandıran , öz peşəsini layiqincə icra edən , bu peşədə möhürünü doğru və vicdanlı vuran , əynindəki ağ xalatını halallıqla geyinməyi bacaran , Azərbaycan tibbində öz sözünü deyən insan
MƏKANIN CƏNNƏT RUHUN ŞAD OLSUN !
⤵️
” TURANIN SƏSİ ” ✍ ARZU PAŞAQIZI