Avropa Liqası: Bu gün 1/4 finalın ilk oyunları keçiriləcək
Bu gün UEFA Avropa Liqasında 1/4 finalın ilk oyunları keçiriləcək.
“Turanın səs” in məlumatına görə, bütün qarşılaşmalar eyni gündə baş tutacaq.
Günün ilk matçı Niderlandda “Feyennord” və İtaliya “Roma”sı arasında olacaq.
Eyni saatda başlayacaq oyunlarda İspaniya “Sevilya”sı İngiltərədə “Mançester Yunayted”lə, Portuqaliya “Sportinq”i İtaliyada “Yuventus”la, Belçika “Union”u isə Almaniyada “Bayer”lə üz-üzə gələcək.
UEFA Avropa Liqası
1/4 final, ilk oyunlar
13 aprel
20:45. “Feyenoord” (Niderland) – “Roma” (İtaliya)
23:00. “Mançester Yunayted” (İngiltərə) – “Sevilya” (İspaniya)
23:00. “Yuventus” (İtaliya) – “Sportinq” (Portuqaliya)
23:00. “Bayer” (Almaniya) – “Union” (Belçika)
Qeyd edək ki, cavab matçları aprelin 20-də keçiriləcək.