DEPUTAT : “Sülh müqaviləsindən imtina Ermənistanın bir ölkə kimi xəritədən silməsinə gətirib çıxara bilər” 

0

“Bu gün Ermənistan və İran 90-cı illərin əvvəllərində olduğu kimi ölkədə mövcud sabitliyi pozmağa, insanlarımızı qorxutmağa çalışırlar”.

turanın səsi ” xəbər verir ki , bu barədə Milli Məclisin deputatı İqbal Məmmədov mətbuata açıqlamasında deyib .

Deputat qeyd edib ki, 90-cı illərin əvvəllərində Ermənistan və havadarları Azərbaycandakı xaosdan və hakimiyyət uğrunda gedən çəkişmələrdən istifadə edərək torpağlarımızın 20 faizini işğal etdilər:

“Ulu öndər Heydər Əliyev xalqın istəyi ilə zamanında ölkəyə geri qayıtmasaydı bəlkə də bu gün yenidən Azərbaycan hansısa ölkənin tabeliyində olardı. Biz ölkə müstəqilliyimizi ulu öndər Heydər Əliyevə borcluyuq. Bu gün atasını yolunu və uğurlu siyasətin layiqcə davam etdirən cənab prezident İlham Əliyev nəyinki torpaqlarımızı işğaldan azad etdi, hətta Ermənistana və onun havadarlarına layiqli dərs də verdi”.

Deputat vurğulayıb ki, bu gün Ermənistanla yanaşı İran da Azərbaycanın regiondakı gücündən narahatdı:

“44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbədən sonra İran Ermənistana 30 il ərzində etdiyi gizli dəstəyini açıq-aşkar etməyə başladılar. İran qısa müddətdə torpaqlarımızı işğaldan azad etməyimizi gözləmirdi. Hazırda İran bütün qüvvəsi Azərbaycan-Ermənistan arasında imzalanacaq sülh müqaviləsinə əngəl olmağa çalışır. Ermənistan və havadarları bir şeyi yaxşı anlamalıdır ki, tezliklə gözlənilən sülh müqaviləsi imzalanacaq. Çünki Ermənistan sülh müqaviləsini imzalamağa məcburdur. Əks təqdirdə sülh müqaviləsindən imtina Ermənistanın bir ölkə kimi xəritədən silməsinə gətirib çıxara bilər”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir