Latviya hərbçilərini Ukraynaya göndərib
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230413_062908.jpg)
Latviya öz hərbçilərini köməkçi funksiyaları yerinə yetirmək üçün Ukrayna ərazisinə göndərib.
“turanın səsi ” xəbər verir ki, bu barədə “Delfi” xəbər portalı Latviyanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, latviyalı hərbçilər Ukraynaya müəyyən yardımçı funksiyaları yerinə yetirmək, o cümlədən Latviya səfirliyinin və yüklərin mühafizəsi üçün göndərilib.
Vurğulanıb ki, hərbçilər döyüş əməliyyatlarında iştirak etməyəcək.