General-polkovnik Vilayət Eyvazovun Sabirabadda vətəndaş qəbulunun tarixi aprelin 18-nə dəyişdirilmişdir
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik cənab Vilayət Eyvazov tərəfindən cari ilin aprel ayının 19-da Sabirabad rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi aprelin 18-nə dəyişdirilmişdir.
“Turanın səsi ” xəbər verir ki , Qəbulda İmişli, Beyləqan, Füzuli, Xocavənd, Saatlı, Sabirabad şəhər və rayonlarının sakinlərinin müraciətlərinə baxılacaq. Qəbula yazılmaq istəyən vətəndaşlar 17.04.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09