Binədə evdən 32 min manatlıqoğurluq edən şəxs saxlanılıb

0

Xəzər rayonu Binə qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə “Turanın səsinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb və evin həyətindəki saxlanc yerindən dəyəri 32 min manatdan çox olan məişət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması məlum olub. Şöbə əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Elmin Məmmədov müəyyən olunaraq saxlanılıb. O, əldə etdi əşyaları isə Biləcəri qəsəbəsində yerləşən metal qəbulu məntəqələrindən birinə satıb.
Faktla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

12 aprel 2023-cü il

⤵️

⤵️

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir