Rusiya hərbçiləri Donetski atəşə tutub, 1 mülki şəxs ölüb, 8-i yaralanıb

Rusiya Silahlı Qüvvələri bu gecə Ukraynanın Donetsk vilayətini atəşə tutub.

Turanın səsi ”  xəbər verir ki, bu barədə Donetsk Hərbi Administrasiyanın rəhbəri Pavel Kirilenko teleqramda yazıb.

Bildirilib ki, hücum nəticəsində mülki şəxslər arasında 1 nəfər ölüb, 8 nəfər isə yaralanıb.

Qeyd edək ki, Ukrayna sonuncu dəfə aprelin 6-də Donetski atəşə tutmuşdu.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. BMT-nin məlumatına görə, indiyədək Ukraynada 8500-ə yaxın dinc sakin həlak olub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir