İrandan Azərbaycana 24 kq narkotik keçirilməsinin qarşısı alınıb

0

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.

Turanın səsi ” xəbər verir ki , bu barədə  Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, aprel ayının 11-də saat 20:50-də “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 24 kiloqram 500 qram narkotik vasitənin və 2890 ədəd Metadon M-40 psixotrop həblərin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir