Bosniya və Herseqovinanın təhlükəsizlik naziri FHN-in Akademiyasında olub

0

Azərbaycanda səfərdə olan Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiçin rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasına baş çəkib, təhsil müəssisəsinin fəaliyyəti ilə yaxından tanış olub.

Bu barədə “turanın səsi ” nə FHN-dən məlumat verilib.

Bildirilib ki, akademiyanın rəisi general-mayor Baba Salayev qonaqları səmimi salamlayaraq ali təhsil ocağı haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Akademiya xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını həyata keçirən, fövqəladə hallar sahəsində fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı ali təhsil müəssisəsidir. Akademiyanın beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirdiyini diqqətə çatdıran rəis B.Salayev rəhbərlik etdiyi təhsil ocağının təkcə respublikamızın deyil, xarici ölkələrin aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirib.

Səmimi görüşə görə təşəkkürünü bildirən nazir Nenad Neşiç Akademiyada gördüklərindən məmnunluq ifadə edib, tərəfdaşlıq əlaqələrinin qurulmasında maraqlarını ifadə edib.

Sonra qonaqlar Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, konfrans zalı, fənn kabinetləri və kitabxanaya baş çəkib, ali təhsil müəssisəsinin 10 illik fəaliyyətini əks etdirən Muzeyə baxıblar.

Muzeylə tanış olduqdan sonra nazir Nenad Neşiç Akademiyanın xatirə kitabına ürək sözlərini yazıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir