“Arsenal” – “Çelsi” oyunu təxirə salınıb
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230412_015015.jpg)
İngiltərə Premyer Liqasının XXXIV turunun “Arsenal” – “Çelsi” oyunu təxirə salınıb.
“Turanın səsi ” çempionatın rəsmi saytına istinadən xəbər verir ki, buna London polisinin müraciəti səbəb olub.
Qərara əsasən, aprelin 29-da keçirilməli olan qarşılaşma mayın 2-də oynanılacaq.
Qeyd edək ki, “Arsenal” aprelin 26-da “Mançester Siti” ilə qarşılaşacaq. Bu isə o deməkdir ki, “topçular”ın “Çelsi” ilə görüşə hazırlaşmaq üçün 5 gün vaxtı olacaq.