Yaponiya XİN: “Rusiya Kuril adalarının cənub hissəsini işğal edib”
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230411_094841.jpg)
Kuril adalarının cənub hissəsi hazırda Rusiya tərəfindən işğal altındadır və həmin ərazilər Yaponiyaya məxsusdur.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin “Mavi kitab” adlı illik hesabatında deyilir.
Yaponiya XİN qeyd edib ki, bu ərazilərə sahiblik problemi Yaponiya-Rusiya münasibətlərinin həll olunmamış ən ciddi problemidir.
Bundan əvvəl Yaponiyanın baş naziri Fumio Kişida bildirib ki, ölkə hakimiyyətinin Kuril adalarının cənub hissəsini təşkil edən adalarla bağlı mövqeyi gələcəkdə də dəyişməyəcək.