ATƏT sədrinin Gürcüstana səfəri başlayıb

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmaninin Gürcüstana səfəri başlayıb.

Turanın səsi ” xəbər verir ki, o bu barədə tviterdə yazıb.

“Cənubi Qafqaza səfərimə Tbilisidən başlayıram. Müzakirələri səbirsizliklə gözləyirəm”, – deyə B.Osmani qeyd edib.

O bildirib ki, prioritet milli hakimiyyət orqanları və vətəndaş cəmiyyətləri ilə işdir: “ATƏT 2008-ci ildə baş vermiş münaqişənin nəticələrinin həllində yaxından işləməyə davam edəcək”.

Qeyd edək ki, B.Osmani növbəti günlərdə Azərbaycan və Ermənistana da səfər edəcək.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir