Kirayələdiyi avtomobili narkotik vasitənin təsir altında idarə edən şəxsin sərnişinləri də şübhə altına alındı
Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının Xüsusi taqımının əməkdaşları “Kia Optima” markalı avtomobilin sürücüsünü təhlükəsizlik kəmərini bağlamadığı üçün saxlayıb.
Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Sənədlərin yoxlanılması zamanı sürücü, Şəmkir şəhərində qeydiyyatda olan 21 yaşlı İmran Bayramovun davranışlarında narkotik vasitənin təsirindən yaranan sərxoşluq vəziyyətinin əlamətləri müşahidə olunduğundan onun tibbi müayinədən keçməsi təmin edilib.
Müayinə zamanı İmran Bayramovun kirayələdiyi avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunduğundan barəsində qanunamüvafiq tədbirlər görülüb.
Bununla yanaşı, saxlanılan avtomobilin yük yerindən ayrı-ayrı qablaşdırılmış ümumi çəkisi 1 kiloqram olan iki bükümdə narkotik vasitəyə bənzər maddə aşkar olunduğundan həmin nəqliyyat vasitəsində sərnişin qismində gedən Bakı şəhər sakini Orxan Gəncəliyev və Masallı rayon sakini Gülər Abdinova ərazi aidiyyəti üzrə Sabunçu Rayon Polis İdarəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Mübariz Ağayev
⤵️
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09