Tbilisidə müxalifətin mitinqi keçirilib
Gürcüstanın müxalif “Vahid Milli Hərəkat” partiyası Tbilisinin mərkəzində parlament binası qarşısında aksiya keçirib.
“Turanın səsi ” yerli telekanallara istinadən xəbər verir ki, yüzlərlə insan həm parlamentin qarşısındakı meydana, həm də ona bitişik Rustaveli prospektinə toplaşıb, avtomobillərin hərəkəti dayandırılıb.
Aksiyanın təşkilatçıları hakimiyyətdən Aİ-yə namizəd statusu almaq üçün Avropa İttifaqının 12 tövsiyəsinə əməl etməyi tələb edib.
Parlamentin yaxınlığındakı etirazçılara qanunverici orqanın təxminən bir kilometrliyində yerləşən Rustaveli metro stansiyasından yürüş edən gənclər hərəkatının üzvləri də qoşulub.
Tələblər arasında, həmçinin eks-prezident Mixeil Saakaşvili və “Mtavari arxi” telekanalının baş direktoru Nika Qvaramiyanın həbsdən azad edilməsi də var.