İsrail ordusu Suriya ərazisinə zərbələr endirib
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230409_111435.jpg)
İsrail Silahlı Qüvvələri daha əvvəl edilən raket hücumuna cavab olaraq Suriya ərazisini atəşə tutur.
“Turanın səsi ” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu (İMO) məlumat yayıb.
“İMO-nun artilleriya qüvvələri Suriyada raketlərin buraxıldığı ərazini atəşə tutur”, – məlumatda deyilib.
İsrail ordusu şənbə günü axşam saatlarında Suriya ərazisindən üç raketin atıldığını qeydə alıb, onlardan biri İsrail ərazisinə keçərək Colan təpələrində yaşayış olmayan əraziyə düşüb.