Rusiya Xarkov vilayətini atəşə tutub, ölənlər və yaralananlar var
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230409_011503.jpg)
Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətinin Kupyansk rayonunun yaşayış məntəqələrini atəşə tutublar.
“turanın səsi ” xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov teleqramda bildirib.
“Düşmən Kupyansk rayonunun mülki əhalisinə yenidən zərbə endirir. Ölənlər və yaralananlar var”, – O. Sinequbov qeyd edib.
Dvoriçna şəhər tipli qəsəbəsinin atəşə tutulması sonucunda 65 və 34 yaşlı 2 kişi ölüb.
“Bundan başqa, Podolı kəndində 65 yaşlı qadın yaralanıb”, – o əlavə edib.