Hindistan beşinci nəsil döyüş təyyarələri istehsal etməyi planlaşdırır

Hindistan beşinci nəsil qırıcının dizaynını tamamlayıb. Onlar dörd ildən sonra ilk prototipi yaratmaq istəyirlər.

Bu barədə  “turanın səsi ” “The Times of India” nəşrinə istinadən xəbər verir.

Nəşrin yazdığına görə, döyüş təyyarəsinin hazırlanması baş nazir Narendra Modinin rəhbərlik etdiyi Təhlükəsizlik Komitəsi tərəfindən təsdiqlənməlidir. Qırıcının inkişafı layihəsi artıq komitəyə göndərilib.

Layihədə yeni təyyarənin beş prototipinin yaradılması, uçuş sınaqları və sertifikatlaşdırılması nəzərdə tutulur. Bu işi Hindistan Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatı görməlidir. Layihənin dəyəri 1,8 milyard dollar qiymətləndirilir.

Layihə təsdiqlənərsə, təyyarələrin seriyalı istehsalının yalnız altı ildən sonraya planlaşdırılır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir