Sergey Lavrov: “Əgər təklif gəlsə, ABŞ-ın dövlət katibi ilə görüşə bilərəm”
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/756744739302129-1024x633.jpg)
“Əgər təklif gəlsə, ABŞ dövlət katibi Entoni Blinkenlə görüşə bilərəm”.
“Turanın səsi ” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 7-də Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Rusiya həmişə dialoqa açıqdır: “Mən G-20 sammitində də Blinkenlə görüşdən imtina etməmişdim. Ümumiyyətlə, biz ciddi müzakirələrə həmişə açıqıq”.