Deputat: “İran səfirliyinin qalan əməkdaşları da rədd olub getməlidir”
“İran parlamentinin Azərbaycanın İsraildə səfirlik açmasına etiraz bəyanatı qəbul etməsi heç bir siyasi və diplomatik etikaya sığmır. Dünən İran səfirliyinin 4 əməkdaşı casusluq fəaliyyətinə görə persona-non-qrata (“arzuolunmaz şəxs”) elan edilib. Hesab edirəm ki, qalan əməkdaşları da rədd olub getməlidir və o səfirlik adlanan casus və intriqa yuvası bağlanmalıdır. İranın xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunan terrorçuların və təxribatçıların qısa müddət ərzində aşkarlanıb tutulması Azərbaycanın hüquq mühafizə orqanlarının yüksək peşəkarlığının göstəricisidir. Göstərdikləri operativliyə və peşəkarlığa görə DTX, DİN və Respublika Prokurorluğu rəhbərliyinə və əməkdaşlarına minnətdarlığımı bildirirəm”.
“Turanın səsi ” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev parlamentin aprelin 7-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, son vaxtlar İrandakı fars molla rejiminin ölkəmizə qarşı təxribatçı və düşmənçilik hərəkətlərinin davamlı şəkil alması qonşuluq münasibətlərini heçə endirir:
“Deputat həmkarımız Fazil Mustafaya qarşı törədilən terror aktı, bundan bir az əvvəl Tehrandakı səfirliyimizə xain hücum, İran rəsmlərininin ölkəmizə qarşı söylədikləri arasıkəsilməz hədyanlar, İranın Ermənistanla münaqişənin həllində, xüsusi ilə Zəngəzur dəhlizi barəsində tutduğu destruktiv mövqe onu göstərir ki, bu dövlətin başında dayanan şovinist fars- molla rejimi xain və çirkin əməllərindən əl çəkmək niyyətində deyildir. İran rejiminin bu mövqeyi bizi dövlətlər arası münasibətlərimizə yenidən baxmağa məcbur edir”.
“Görəsən İran siyasiləri fərqindədilərmi ki, ətraflarındakı heç bir müsəlman dövlətləri ilə dostluq münasibətləri yoxdur. Yalnız işğalçı və terrorçu Ermənistandır İranın dostu. 30 il ərzində İran Qarabağda müsəlman qəbirlərinin dağılmasına biganə qaldı, məscidlərin dağıdılmasına, Allahın evində donuz saxlayanlara etiraz səsini qaldırmadır ” .
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI