Prezident İlham Əliyev Ümumdünya Sağlamlıq Günü münasibətilə paylaşım edib
Azərbaycan Prezidenti İlham Əliyev 7 aprel – Ümumdünya Sağlamlıq Günü münasibətilə paylaşım edib.
“Turanın səsi ” in xəbərinə görə, paylaşımda qeyd edilib:
“7 aprel Ümumdünya Sağlamlıq Günüdür. Ümumdünya Səhiyyə Təşkilatı özünün 75 illiyini qeyd edir. Azərbaycan hər kəsin sağlamlığının təmin edilməsinə dair BMT-nin 3-cü Dayanıqlı İnkişaf Məqsədinin icrasına mühüm əhəmiyyət verir və bununla bağlı milli səviyyədə ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirir. Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə COVID-19 pandemiyası ilə mübarizədə qlobal liderlik nümayiş etdirmişdir. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesusun fəaliyyətini yüksək qiymətləndiririk. Azərbaycan təşkilatla səmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcək”.
pic.twitter.com/rwTEllGmdw— İlham Əliyev (@azpresident) April 7, 2023