Kamçatka sahilində 6,4 maqnitudalı zəlzələ olub
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/7430fe90d604852deff28256fdb3c280-1.jpg)
Sakit okeanda Rusiyanın Petropavlovsk-Kamçatski şəhərindən 445 kilometr, Severo-Kurilskdən 153 kilometr aralıda 6,4 maqnitudalı zəlzələ olub.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsinin saytında məlumat verilib.
Yeraltı təkanları Severo-Kurilsk sakinləri hiss ediblər. Zəlzələnin ocağı 94,3 km dərinlikdə yerləşib. Daha sonra Severo-Kurilskdən 136 kilometr aralıda 4 maqnitudalı zəlzələ olub.
İlkin məlumata görə, tələfat və dağıntı yoxdur. Sunami təhlükəsi elan edilməyib.