İsrail HƏMƏS-in Livandakı mövqelərini atəşə tutub

İsrail Müdafiə Ordusu (İMO) Fələstinin HƏMƏS hərəkatının Livandakı hədəflərinə hücum etdiyini açıqlayıb.

Turanın səsi ” xəbər verir ki, bu barədə məlumat qurumun teleqram kanalında yer alıb.

“Ordu Livanın cənubunda HƏMƏS terror təşkilatına məxsus terror infrastrukturu da daxil olmaqla hədəflərə zərbələr endirib. Ordu HƏMƏS-in Livan ərazisindən fəaliyyət göstərməsinə icazə verməyəcək və öz ərazisindən gələn hər atəşə görə məsuliyyəti Livanın üzərinə qoyur”, – İMO-nun mətbuat xidməti qeyd edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir