İsrail Ordusu Qəzza zolağına zərbə endirdiyini açıqlayıb
İsrail Müdafiə Ordusu cümə günü gecə Qəzza zolağı ərazisinə zərbələr endirir.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb.
“İsrail Müdafiə Ordusu hazırda Qəzza zolağına zərbə endirir”, – məlumatda bildirilib.
İsrail Ordusu Qəzza zolağında HƏMƏS qruplaşmasına aid 2 yeraltı tunel və 2 silah istehsalı obyektinə hücum edildiyini açıqlayıb.