Rusiya ordusu Donetski atəşə tutub, 5 mülki şəxs ölüb, 9 nəfər yaralanıb
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230406_134138.jpg)
Rusiya ordusu ötən gecə Ukraynanın Donetsk vilayətini atəşə tutub.
“Turanın səsi ” xəbər verir ki, bunu Donetsk Hərbi Administrasiyanın rəhbəri Pavel Kirilenko teleqramda yazıb.
O bildirib ki, hadisə nəticəsində 5 nəfər mülki şəxs ölüb, 9 nəfər yaralanıb.
P.Kirilenko itkilərin sayının dəqiqləşdirildiyini söyləyib.