“Qarabağ”la “Qalatasaray”ın qardaş klublar olması ilə bağlı təqdimatın gecikmə səbəbi bəlli olub

“Qarabağ” və Türkiyə “Qalatasaray”ının qardaş klublar olması ilə bağlı təqdimatın gecikmə səbəbi bəlli olub.

Turanın səsi ” in xəbərinə görə İstanbul təmsilçisindən  mətbuata verilən məlumata əsasən Türkiyədə futbol gündəminin sıx olması əməkdaşlığın rəsmiləşdirilməsini yubadır.

Bildirilib ki, “Qalatasaray” tərəfi bunu böyük tədbirlə elan etmək niyyətindədir: “Hazırda Türkiyədə futbol gündəmi çox qarışıqdır. “Qarabağ”la əməkdaşlıq tədbirinin indiki vəziyyətdə kölgədə qalmasını istəmirik. Bu məsələ ilə bağlı çalışmalara başlanıldığı zaman məlumat veriləcək”.

Qeyd edək ki, “Qarabağ”la “Qalatasaray” martın 26-da Bakıda xeyriyyə oyununda üz-üzə gəlib, Türkiyə klubu 2:1 hesablı qələbə qazanıb. Həmin vaxt “cim-bom”un prezidenti Dursun Özbek “Qarabağ”la qardaş klub olacaqlarını və bu yöndə təqdimatın bir həftə sonra ediləcəyini açıqlanmışdı .

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir