Rusiya ordusu Donetskə hücum edib, 1 mülki şəxs ölüb, 2-si yaralanıb
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230405_150119.jpg)
Rusiya ordusu bu gün Ukraynanın Donetsk vilayətinin Bolşaya Novoselka kəndini atəşə tutub.
“Turanın səsi ” xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak teleqramda yazıb.
O bildirib ki, hücum tanklarla həyata keçirilib.
A.Yermakın sözlərinə görə, hücum nəticəsində 1 mülki şəxs ölüb, 2-si yaralanıb.